Azerbaycan Maralı
3
views
Lyrics
Ay qız gəzmə aralı, Könlüm səndən yaralı Gözlərinə heyranam Azərbaycan maralı. Sən bulaq üstə gələndə, Qıyqacı baxıb güləndə, Aldın səbri qərarımı Azərbaycan maralı. Mən qurbanam gözlərə, Şirin şirin sözlərə, Bir qonaq gəl bizlərə Azərbaycan maralı. O günə qurban kəsərəm, Gəlməsən səndən küsərəm, Gəzərəm səndən aralı, Azərbaycan maralı. Gedək qırx qız yaylağına, Maral ceyran oylağına, Enək İsa bulağına Azərbaycan maralı. Turş su olsun yaylağımız, Gözəl şuşa oylağımız, Sən Olaydın Qonağımız, Azərbaycan maralı.
Audio Features
Song Details
- Duration
- 03:35
- Key
- 7
- Tempo
- 129 BPM