Nəğmə Dolu Bir Ürəyəm

1 views

Lyrics

Nəğmə dolu bir ürəyəm
 Torpağına baş əyərəm
 Ey vətən
 Meşələrin çətirlidir
 Gül-çiçəyin ətirlidir
 Ey vətən
 Ey vətən
 Dağlarına düşən şehdən
 Çöllərinə əsən mehdən
 Doya bilmirəm, doya bilmirəm
 Ey vətən
 Bir anamdan, bir də səndən
 Bu dünyada, bu dünyada
 Doya bilmirəm, doya bilmirəm
 Ey vətən
 Tarixlərdən adın ulu
 Ağ günlərin nəğmə dolu, ey vətən
 Sənin günəş məhəbbətin
 Tükənməzdir sədaqətin, ey vətən
 Ey vətən
 Dağlarına düşən şehdən
 Çöllərinə əsən mehdən
 Doya bilmirəm, doya bilmirəm
 Ey vətən
 Bir anamdan, bir də səndən
 Bu dünyada, bu dünyada
 Doya bilmirəm, doya bilmirəm
 Ey vətən
 Hara getsəm
 Harada olsam
 Səni tərənnüm edirəm doğma Azərbaycanım
 Amerika, Argentina, Yemen, Kanada, İran
 Türkiyə, Finlandiya, Hindistan, Bulgaristan
 Macarıstan, Əfqanıstan, Ərəbistan
 Sənin mahnılarını alqışlayır sənə sağol deyir
 Yaşa Yaşa mənim anam, atam canım Azərbaycanım
 Dağlarına düşən şehdən
 Çöllərinə əsən mehdən
 Doya bilmirəm, doya bilmirəm
 Ey vətən
 Ey vətən
 Ey vətən

Audio Features

Song Details

Duration
04:55
Key
3
Tempo
113 BPM

Share

More Songs by Rashid Beibutov

Albums by Rashid Beibutov

Similar Songs