Füzuli
6
views
Lyrics
Məni candan usandırdı, cəfadan yar usanmazmı? usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? muradım şəmi yanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmaz, şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, ol bivəfa bilməm, inanarmı, inanmazmı? ♪ Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail Mənə tən eyləyən qafil səni görcək utanmazmı? Səni görcək utanmazmı? Füzuli rindü şeydadır Həmişə xəlqə rüsvadır Sorun kim, bu nə sevdadır Bu sevdadan usanmazmı? bu sevdadan usanmazmı? Degildim mən sənə mail, sən etdin əqlimi zail
Audio Features
Song Details
- Duration
- 04:35
- Key
- 1
- Tempo
- 74 BPM