Ana

4 views

Lyrics

Gözümün nuru, canım anam
 Böyütdün sən məni yana-yana
 Gözümün nuru, canım anam
 Böyütdün sən məni yana-yana
 Odlusan gün kimi, bir qaynar həyat kimi
 Borcluyam mən sənə; sana bir övlad kimi, əziz ana
 ♪
 Nə ki arzu, kamın var, qəlbimdə tutmuş qərar
 And olsun sana, can ana
 Qədrini el bilir, ətrini gül bilir
 Saçının ağına, qarasına qurbanam
 Könlünün o həzin laylasına qurbanam, əziz ana
 ♪
 Beşiyim üstə layla çaldın
 Gecələr sübhədək qadamı aldın
 Beşiyim üstdə layla çaldın
 Gecələr sübhədək qadamı aldın
 İsti nəfəsini həmişə yaz bilmişəm
 Olub ki, mən sənin qədrini az bilmişəm, əziz ana
 ♪
 Nə ki arzu, kamın var, qəlbimdə tutmuş qərar
 And olsun sana, can ana
 Qədrini el bilir, ətrini gül bilir
 Saçının ağına, qarasına qurbanam
 Könlünün o həzin laylasına qurbanam, əziz ana
 ♪
 Niyyətin xoşdur, safdır südün
 Qulağımda qalıb hər öyüdün
 Oğluna, qızına, ay etibarlı ana
 Nəfəsi gül kimi, qəlbi baharlı ana, əziz ana
 Nə ki arzu, kamın var, qəlbimdə tutmuş qərar
 And olsun sana, can ana
 Qədrini el bilir, ətrini gül bilir
 Saçının ağına, qarasına qurbanam
 Könlünün o həzin laylasına qurbanam, əziz ana
 Saçının ağına, qarasına qurbanam
 Könlünün o həzin laylasına qurbanam, əziz anacan
 

Audio Features

Song Details

Duration
08:16
Key
7
Tempo
80 BPM

Share

More Songs by Rashid Beibutov

Albums by Rashid Beibutov

Similar Songs