Qızıl Üzük
7
views
Lyrics
Üzüyümün qaşı firuzədəndir Könlüm açılmayır bu gün, nədəndir? Yaman gündə dost əlindən bərk yapış Dünyanın həvəsi keçib gedəndir Dünyanın həvəsi keçib gedəndir Bizim bağlar, çöllər xoş bir tamaşa Sonalar göllərdə gəzərlər qoşa Necə çətin olsa ömrün yolları Birlikdə yorulmaz, vurarıq başa Birlikdə yorulmaz, vurarıq başa Bulud gələr, çiskin çilər, çən eylər Yar yarından ayrı düşsə, qəm eylər Sevgilimdən necə qalım aralı? Bir baxışla qəlbə yüz məlhəm eylər Bir baxışla qəlbə yüz məlhəm eylər
Audio Features
Song Details
- Duration
- 03:23
- Key
- 7
- Tempo
- 71 BPM